"Qarabağ" "Sabah"a qarşı 

09:37 18.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misli Premyer Liqasında 28-ci turun növbəti matçları bu gün keçiriləcək.

Hafta.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. 

Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.